logo

Eldar Həsənov məhkəməyə gətirildi

19:29 14-08-2020 | icon 2464
Eldar Həsənov məhkəməyə gətirildi

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirlib.

 YeniAvropa xəbər verir ki, həbs qətimkan tədbiri ilə bağlı istintaq orqanının təqdimatına Səbail rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Eldar Həsənov avqustun 13-də şübhəli şəxs qismində həbs edilib.