logo

Şəhərdaxili avtobusların fəaliyyəti ikigünlük dayandırılır

19:10 14-08-2020 | icon 2506
Şəhərdaxili avtobusların fəaliyyəti ikigünlük dayandırılır

Avqustun 15-i gecə 00:00-dan avqustun 17-si səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

YeniAvropa xəbər verir ki,  bu, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir. 

BNA-dan verilən məlumata görə,  bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspress xətlər üzrə avtobuslarla 8 milyondan çox sərnişin daşınıb. Bu isə avqustun 3-7-də qeydə alınan göstəricidən təxminən 14 faiz çoxdur. Belə ki, avqustun ilk həftəsində daşınan sərnişinlərin sayı 7 milyona yaxın olub.