logo

Qazaxıstandan daha 70 azərbaycanlı gəmi ilə Vətənə yola salınıb

18:08 14-08-2020 | icon 2387
Qazaxıstandan daha 70 azərbaycanlı gəmi ilə Vətənə yola salınıb

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə göndərilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 70 vətəndaşımız ölkəyə yola salınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Aktaudakı baş konsulluğundan məlumat verilib. Bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Akademik Zərifə Əliyeva” (4 nəfər), “Naxçıvan” (13 nəfər) “Həsən Həsənov” (4 nəfər), “Merkuri” (23 nəfər) və “Professor Gül” (26 nəfər) bərə-gəmiləri ilə yola salınan vətəndaşların hamısı koronavirus testindən keçiriliblər.

Qeyd edək ki, bu günə qədər baş konsulluq vasitəsilə ümumilikdə 283 azərbaycanlı Aktau limanından gəmi ilə Vətənə yola salınıb.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyatı prosesi davam etdirilir.