logo

Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub

16:28 14-08-2020 | icon 3570
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanı tərk etməsinə qadağa qoyulub.

 YeniAvropa xəbər verir ki,buna səbəb Xarici İşlər Nazirliyi sistemində yol verilmiş korrupsiya və mənimsəmələrə dair Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq tərəfindən aparılan istintaqdır.

Hüquq mühafizə orqanlarından "gununsesi.info"ya bildirilib ki, “Elmar Məmmədyarov hələ istintaqın çoxsaylı suallarına cavab verməlidir”. 

 Öz növbəsində Elmar Məmmədyarov "Unikal.org"a yayılan məlumatın həqiqəti əks etdirmədiyini bidlirib: "Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağrılmamışam". 

Xatırladaq ki, XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə DTX əməliyyatçıları tərəfindən həbs edilib. Bu səs-küylü əməliyyatdan bir neçə həftə E.Məmmədyarov özü Ermənistanın Tovuz istiqamətində törətdiyi təcavüz zamanı fəaliyyətsizliyə görə prezident tərəfindən publik qaydada tənqid edilib. Və ardınca işdən azad olunub.

XİN  sistemində korrupsiya və mənimsəmə işi üzrə dünən avqustun 13-də daha bir səs-küylü həbs həyata keçirilib. DTX əməliyyatçıları bu dəfə Azərbaycanın Serbiya, Montenegro, Bosniya və Hersoqovinadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənovu həbs edib. Həbslərin davam edəcəyinə dair məlumatlar var.