logo

Ramiz Mehdiyev sabiqləri öz ətrafına toplayır

12:51 14-08-2020 | icon 4410
Ramiz Mehdiyev sabiqləri öz ətrafına toplayır

Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev "Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu vəzifəsindən azad edib.

YeniAvropa xəbər verir ki,bu gün Ramiz Mehdiyevin imzaladığı digər bir əmrlə Əli Abbasov AMEA prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

Yeni təyinatı ilə bağlı məsələyə münasibət bildirən Əli Abbasob yeni vəzifəsindən məmnun olduğunu bildirib. "Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. İndiki vəzifəm daha yüksəkdir və əhatə dairəsi genişdir. Hesab edirəm ki, indiki vəzifəm mənə daha yaxındır”, - deyə Əli Abbasob vurğulayıb.