logo

Əli Abbasovu direktor vəzifəsindən də çıxardılar

11:29 14-08-2020 | icon 1925
Əli Abbasovu direktor vəzifəsindən də çıxardılar

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, yeni direktor artıq kollektivə təqdim olunub.

Xatırladaq ki, ondan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov idi. O, 2004-cü ildən 2015-cü ilədək nazir vəzifəsini tutub.