Bu gün 18 mindən çox abituriyent qəbul imtahanı verəcək
Bu gün 18 min 102 nəfər abituriyent qəbul imtahanı verəcək.
Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) ərzində istifadə olunmalıdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirak edəcək abituriyentlər buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından avqustun 7-dən etibarən çap edib götürə bilirlər.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına imtahana buraxılış vərəqəsi ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.
Xatırladaq ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılacaq.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.
Bu gün paytaxtın iki rayonunda və Sumqayıtda qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycan nefti 83,94 dollara satılır
Paytaxt sakinləri Yardımlıda 15 kq narkotika ilə yaxalanıblar
Putin Çinə iki günlük səfərə gedib
Bakıda "Ag çiçəyim" gül mağazasında baş verən yanğın söndürülüb
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Komissiyanın 9-cu görüşü keçirilib
Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
“Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib
İlham Əliyev Slovakiyanın baş nazirinə qarşı törədilmiş sui-qəsdi pisləyib
Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb
Yaşıl enerjinin inkişafı üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək
Llisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Azərbaycanın turizm potensialı Frankfurt sərgisində
Günəşdə son on il ərzində ən güclü partlayış olub
Şeyxülislam Lissabonda Qlobal Forumdaiştirak edir
Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb
"Günaybank”dakı əmanətlərinin qaytarılması prosesi başa çatır
Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi yaxında yekunlaşacaq
Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri ölüb
8 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər
Sabah Bakıda arabir yağış yağacaq, 20° isti olacaq
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib