““Bakı Taksi Xidməti” Leyla Əliyevaya məxsus deyil”
Xəbər verdiyimiz kimi, “Bakı Taksi Xidməti”nin müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”si vətəndaşlar üçün xidmətə hazırdır.
Dünəndən sosial şəbəkələrdə “Bakı Taksi Xidməti”nin prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevaya məxsus olması ilə bağlı məlumatlar paylaşılır.
YeniAvropa xəbər verir ki, bu məsələ ilə bağlı “Qafqazinfo” “Bakı Taksi Xidməti” MMC-yə sorğu göndərib.
“13 fevral 2017-ci il tarixində Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdikdən sonra “Bakı Taksi Xidməti” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyi qurumu kimi fəaliyyət göstərir. Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır. Qeyd edirik ki, “Bakı Taksi Xidməti” MMC-nin payları tamamilə dövlətə məxsusdur. Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşlara xidmətə hazır olan TX modelli yeni 100 ədəd “London taksi”si ilə tanış olması bizim üçün qürurverici hadisədir”.
Daha sonra əlavə edilib ki, Keçmiş Nəqliyyat Nazirliyi tərəfindən 2014-cü ildə The London Taxi Company-dən 500 ədəd London Taxi TX4 satın alınaraq, “Bakı Taksi Xidməti” MMC-nin balansına verilib: “Həmin taksilərdən hazırda Bakı şəhəri üzrə sərnişindaşıma fəaliyyətində istifadə olunur:
““Bakı Taksi Xidməti” MMC tərəfindən Bakı şəhərində taksi nəqliyyat vasitəsində istifadə etməklə sərnişindaşıma fəaliyyətinin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2019-cu ildə verilmiş sifarişə uyğun olaraq 2020-ci ildə istehsalçı The London Electric Vehicle Company-dən (LEVC) 100 ədəd LEVC taksi satın alınıb.
Sözügedən taksilər elektrik mühərriklidir, təhlükəsizlik və ekoloji təmizlik parametləri yüksəkdir. Eyni zamanda, müştəri ilə sürücü arasında təması minimuma endirir. LEVC taksilərindən beynəlxalq hava limanında, iri ticarət mərkəzlərində, eləcə də şəhərin mərkəzi və turist axınına malik digər görməli yerlərində istifadə olunacaqdır. Həmin taksilərdən istifadə Bakı sakinlərinin, eləcə də turistlərin məmnunluğunun yüksəldilməsinə xidmət edəcək”.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir