logo

“Qarabağ”–“Sileks” matçını idarə edəcək hakimlər bəlli oldu

17:27 13-08-2020 | icon 5229
“Qarabağ”–“Sileks” matçını idarə edəcək hakimlər bəlli oldu

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ”–“Sileks” oyununun hakimləri müəyyənləşib.

YeniAvropa UEFA-nın saytına istinadla xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”–“Sileks” matçı saat 20:00-da start götürəcək.