Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür
Avqustun 13-ü Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən YeniAvropa-ya bildirilib ki, ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirən Kompleks 1996-cı il avqustun 13-də istifadəyə verilib.
Qeyd edək ki, 1956-cı ildə istismara verilmiş ilk Televiziya qülləsi sonradan yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımının təşkilində çətinliklər yaradırdı. Bu səbəbdən Bakı Teleqüllə Kompleksi layihələndirilərək 1981-ci ildə tikintisinə başlanıldı. Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin keçmiş SSRİ-ni əhatə edən maliyyə böhranı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması, sonda SSRİ-nin dağılması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qaldı.
Ölkəmiz müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin müvafiq göstərişləri əsasında yarımçıq qalmış tikinti başa çatdırıldı və Bakı Teleqüllə Kompleksi istifadəyə verildi.
Tikintisi paytaxtın ən hündür nöqtəsində aparılmış Teleqüllə şəhərin istənilən nöqtəsində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 kilometr radiusda radiodalğaların inamlı qəbuluna imkan yaradır.
Tikinti sahəsi daxil olmaqla 6 hektar ərazini əhatə edən Bakı Teleqüllə Kompleksinin hündürlüyü 310 metr təşkil edir. Kompleks Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir.
Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir