logo

İranda koronavirusdan ölənlərin sayı 20 minə yaxınlaşır

16:09 13-08-2020 | icon 3066
İranda koronavirusdan ölənlərin sayı 20 minə yaxınlaşır

İranda koronavirus xəstəliyinə qarşı aparılan mübarizənin nəticəsində vəziyyət tədricən sabitləşir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Qeyd edilib ki, son sutka ərzində 2 min 625 nəfər virusa yoluxub, 174 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 336 min 324 nəfərə, ölənlərin sayı isə 19 min 162-ə çatıb.

Müxtəlif qapalı xəstəxanalarda müalicə alan 3 min 971 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicə alan 292 min 58 nəfər isə sağalaraq evə buraxılıb.