logo

Proqnoz Avqustun ortalarında hava sərin keçəcək

15:55 13-08-2020 | icon 2226
Proqnoz Avqustun ortalarında hava sərin keçəcək

Avqust yay fəslinin ən isti ayıdır. Xüsusən də son onilliklərdə ən davamlı isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildiriblər ki, ötən illərdən fərqli olaraq, bu il 35°-dən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3°-dək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı olacaq. Paytaxtda maksimal temperatur 25-30°-dən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.