logo

“BP ”  6 ayda SOCAR-a 1,3 milyard m3 səmt qazı verib

15:11 13-08-2020 | icon 3066
“BP ”  6 ayda SOCAR-a 1,3 milyard m3 səmt qazı verib

Bu ilin birinci yarısında “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verib.

YeniAvropa xəbər verir ki, bu barədə  “BP Azerbaijan”dan bildirilib. Qeyd edilib ki, yataqda hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.