logo

Ağac kəsən şəxs cəzalandırıldı

10:31 13-08-2020 | icon 1764
Ağac kəsən şəxs cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyini müəyyən ediblər.

YeniAvropa xəbər verir ki, bunu xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2040 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt Şəhər Prokurorluğuna göndərilib”.