logo

Zakir Həsənov Hulusi Akarıı belə qarşıladı 

23:15 12-08-2020 | icon 2520
Zakir Həsənov Hulusi Akarıı belə qarşıladı 
Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəliblər.
 YeniAvropa xəbər verir ki,  hava limanında türkiyəli ali hərbi qonaqları Azərbaycanın müdafiə naziri Zakir Həsənov qarşılayıb.
Qarşılanma mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral, eləcə də səfirliyin digər əməkdaşları iştirak ediblər.
Xatırladaq ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün Bakıya gəliblər.