Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası üzə çıxıb.
YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook" profilindən status paylaşıb.
Jurnalist bildirib ki, avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: "Kolleksiyada "Bentley", "Range Rover", "Mercedes S , C və E Class-lar da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır".
Qeyd edək ki, son dövrlər Azərbaycanda yaranmış su problemi Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini gündəmə gətirib. Problemlər bu sahəyə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi göstərir.