logo

Türkiyənin hərbi rəhbərliyi Bakıya gəldi

20:50 12-08-2020 | icon 2478
Türkiyənin hərbi rəhbərliyi Bakıya gəldi
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib.
 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Səfərdə Hulusi Akarı Baş qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları komandiri, general Ümit Dündar müşayət edir.
 
Bundan əlavə, nümayəndə heyətinin tərkibində Türkiyənin  Hərbi Dəniz Qüvvələri komandiri, Admiral Adnan Özbal və Hava Qüvvələri Komandiri General Hasan Küçükakyüz də yer alıb. 
 
Türkiyənin milli müdafiə nazirinin rəhbərlik etdiyi heyətini Azərbaycan prezidenti  İlham Əliyevin də qəbul edəcəyi nəzərdə tutulur.
 
Bundan başqa türkiyəli generallar Azərbaycanın müdafiə naziri və digər rəsmilərlə görüşəcəklər.