logo

Qazaxıstan 7 ölkə ilə uçuşları bərpa edir

19:49 12-08-2020 | icon 3969
Qazaxıstan 7 ölkə ilə uçuşları bərpa edir

Qazaxıstan avqustun 17-dən etibarən bəzi ölkələrə beynəlxalq uçuşları bərpa edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, BƏƏ, Belarus, Almaniya, Niderland, Misir, Ukrayna və Rusiya Federasiyasına mərhələli şəkildə beynəlxalq uçuşlar həyata keçiriləcək.

Xatırladaq ki, yeni koronavirusun yayılması ilə əlaqədar cari il martın 16-dan mayın 11-dək Qazaxıstanda tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində həm daxili, həm də beynəlxalq uçuşlar dayandırılıb, may ayının 25-dən isə daxili uçuşlar bərpa edilib.