Ərdoğan "Anadolu" agentliyinin rəhbər heyətini 100 illik yubiley münasibətilə qəbul edib
Türkiyənin ən qocaman xəbər mənbəyi olan "Anadolu" agentliyi yüz yaşını qeyd edir. Adını Türkiyənin yerləşdiyi coğrafi məkandan götürən agentlik dünya xəbər məkanında aparıcı qüvvələrdən biridir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, agentliyin rəhbər heyəti yubiley münasibətilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib. Anadolu agentliyinin kollektivi adından Türkiyə xalqının böyük oğlunun məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yubiley münasibətilə agentliyin rəhbər heyətini qəbul edib.
Türkiyənin xilaskarı Mustafa Kamal Paşanın başladığı milli azadlıq mübarizəsinin məram və məqsədlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədilə yaradılan Anadolu agentliyi ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda dünya xəbər agentlikləri sırasında öz yerini şərəflə qoruyan agentlik qərəzsiz və ədalətli xəbərlərini operativ qaydada yaymaqla qazandığı şöhrətini əzmlə qoruyur. Türkiyədə 86, ölkə xaricində 41 büroya sahib olan Anadolu agentliyi xəbərlərini 13 dildə yayır.
Bütün sahələr üzrə xəbərləri operativ yaymağı qarşısına başlıca məqsəd kimi qoyan "Anadolu" agentliyi Türkiyənin ictimai-siyasi həyatında avanqard qüvvə, çevik fəaliyyəti ilə seçilən qurumdur. Agentlik nadir nəşrləri ilə son illər Türkiyənin dövlətçilik tarixinə böyük töhfələr verib. Bundan başqa, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, ən yeni xəbərləri agentlik vasitəsilə izləmək mümkündür. "Anadolu" agentliyinin fəaliyyətindəki müsbət dəyişikliklərdən biri də qurumun rəsmi saytındakı canlı yayım proqramlarıdır. İnfoqrafikaların dərin məzmunu, fotosessiyalar, bir saniyəlik videomateriallar və sair böyük zəhmətlə ərsəyə gələn xəbər məhsulları kimi geniş oxucu auditoriyası qazanıb.
Türk dünyasının problemlərinə və aktual mövzulara daha iti baxış bucağından yanaşan "Anadolu" agentliyi Azərbaycan həqiqətlərinə, eləcə də Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin problemi prizmasından yanaşır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri, təcavüzkar tərəfin təxribatçı addımları və fəaliyyəti bütün hallarda agentlik tərəfindən diqqət mərkəzində saxlanılır.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək