"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək
Sentyabrın 24-27-də ADA Universiteti, “ACM-W” Avropatəşkilatçılığı, “Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı vəAzərbaycan Konqreslər Bürosunun dəstəyiilə ACM-in İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq “womENcourage”toplantısı keçiriləcək.
YeniAvropa xəbər verir ki, ənənəvi olaraq konfrans, karyera sərgisi və hakafondan ibarət bu beynəlxalq tədbir hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il ADA Universitetinin ev sahibliyi edəcəyi toplantının iştirakçıları pandemiya səbəbindən onlayn görüşəcəklər.
ACM (Association for Computing Machinery, “ey-si-em”, Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim və ən böyük peşəkar təşkilatdır. “İnformatikanın Nobel mükafatı” adlandırılan A.M.Türinq mükafatı əsası 1947-ci ildə qoyulmuş bu təşkilattərəfindən verilir.
“womENcourage”in məqsədi texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, həmçinin qadınların informatika sahəsinə daha çox cəlb olunmağına çalışan hər kəsi bir araya gətirmək, onlar üçün təcrübə mübadiləsi aparmaq, elmi-tədqiqatlarını təqdim etmək imkanı yaratmaqdır.
Dörd gün davam edəcək virtual tədbirin açılışında yeni seçilmiş ACM Prezidenti salamlama nitqi söyləyəcək. İlk iki gün baş tutacaq konfrans hissəsində dünya səviyyəli çıxışçıların iştirakı ilə “Böyük verilənlər analitikasının böyük vədləri” və “Süni intellekt: alqoritmlərdən etikaya” mövzularında təqdimatlar və panel müzakirələri aparılacaq. Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların göndərdiyitədqiqat işləri arasında beynəlxalq komitənin seçdiyi 30 posterin təqdimatı daxildir. Təqdim edilən tədqiqatların müəllifləri dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edir.
Bundan əlavə, “womENcourage 2020”iştirakçılarını karyera yarmarkası və haker marafonu (“hakathon”) gözləyir. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə söhbət edib müvafiq vakansiyalardan yararlana bilərlər. Hakafonda isə haker komandaları realhəyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq üçün yarışacaqlar.Bu tapşırıqlardan biri də "Azercell" şirkətinin Big Data və Təhlillər departamentinin direktoru Azad Hüseynov tərəfindən təqdim olunacaq.Bu mübarizəyə qatılmaq üçün heç də mütləq proqramçı və ya kompüter elmləri üzrə ixtisasa malik olmaq tələb olunmur.
“womENcourage” bu il “bərabərliyin iki tərəfi var” şüarı altında təşkil olunur. Bu deviz informatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edir. Konfransın yalnız qadınlar üçün olmadığını bəyan edən təşkilatçılar tədbirdə rekord sayda kişilərin iştirakınıhədəfləyiblər.
Odur ki, hər kəsi "Azercell"in “Qızıl Sponsor”luğu ilə keçirilən bu toplantı üçün 14 avqusta qədər davam edən erkən qeydiyyatdan keçməklə tədbirin yaratdığı imkanlardan yararlanmağa dəvət edirik. Əlavə məlumatı http://womencourage.acm.org/2020/ ünvanında əldə etmək mümkündür.
Qeyd edək ki, bir sıra texnoloji yeniliklər, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdıran "Azercell" hər zaman telekommunikasiya texnologiyaları sahəsində layihələri dəstəkləyib, çoxsaylı tədbirlər təşkil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu