logo

Prezident Azərbaycan İnvestisiya Holdinqinin MŞ-nın tərkibini təsdiqlədi

16:30 12-08-2020 | icon 2394
Prezident Azərbaycan İnvestisiya Holdinqinin MŞ-nın tərkibini təsdiqlədi

Prezident İlham Əliyev avqustun 12-də “Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının baş naziri təyin olunub. Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri və Azərbaycan Respublikasının maliyyə naziri təyin ediliblər.