logo

"Muğan Bank"da ixtisarlar başladı

15:13 12-08-2020 | icon 3360
"Muğan Bank"da ixtisarlar başladı

“Muğan Bank”da ixtisarlar başlayıb. 

YeniAvropa xəbər verir ki, söhbət bankın “Sumqayıt” filialından gedir. Bu barədə “MediaPost”a bankdakı mənbədən bildirilib. Məlumata görə, may ayından etibarən Sumqayıt filialının işçilərinin yarısı ixtisar edilib. Belə ki, 11 işçisindən 5-i ( əməliyyatçı, kredit işçisi, inkasator-sürücü, təsərrüfat və mühafizə işçisi) işdən azad edilib. Vəziyyəti pisləşən bank işçilərini azaltmaqla xərclərini optimallaşdırmağa çalışır. 

Qeyd edək ki, iyun ayında Bankın “Xırdalan” filialı fəaliyyətini dayandırıb. 

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.