logo

Zaqatalada evdə gizli nişan mərasimləri keçirənlər cərimələndilər

14:33 12-08-2020 | icon 2268
Zaqatalada evdə gizli nişan mərasimləri keçirənlər cərimələndilər

Zaqatala rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən iki fərdi yaşayış evində karantin qaydalarının pozulduğu, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını pozduqları aşkarlanıb.

Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.