logo

Türkiyədə “İldırım-5” antiterror əməliyyatı keçirilir

13:59 12-08-2020 | icon 3094
Türkiyədə “İldırım-5” antiterror əməliyyatı keçirilir

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Amanos dağ silsiləsində “İldırım-5” adlı növbəti antiterror əməliyyatına başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, “İldırım-5” əməliyyatına 1448 nəfərlik heyət qatılıb.

Qeyd edək ki, Kahramanmaraş vilayətində yerləşən Sır su anbarından başlayan Amanos (Nur) dağ silsiləsi Hatay vilayətinə doğru 175 kilometrlik ərazini əhatə edir. Bu bölgə də PKK terrorçularının gizləndikləri ərazilərdən hesab olunur.