logo

Anar Kərimov özünə yeni müşavir götürdü

13:31 12-08-2020 | icon 4144
Anar Kərimov özünə yeni müşavir götürdü

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

Nazirlikdən YeniAvropa-ya verilən məlumata görə, mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə Elnur Əli oğlu Əliyev nazirin müşaviri təyin edilib.

A. Kərimovun digər əmri ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hümbətov İntiqam Rəsul oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Qeyd olunur ki, E.Əliyev son təyinata qədər BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.