logo

İlham Əliyev 24 ədəd subartezian quyusunun qazılmasına 756 min manat ayırdı

11:55 12-08-2020 | icon 2590
İlham Əliyev 24 ədəd subartezian quyusunun qazılmasına 756 min manat ayırdı

Prezident İlham Əliyev avqustun 12-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb.

Həmçinin bu məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.