logo

İlham Əliyev Masallıda məktəb tikintisinə 1,5 milyon manat ayırdı

16:10 11-08-2020 | icon 2457
İlham Əliyev Masallıda məktəb tikintisinə 1,5 milyon manat ayırdı

Prezident İlham Əliyev avqustun 11-də “Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.