logo

Azərbaycan-"BP" əməkdaşlığının perspektivləri müzakirə edilib

15:58 11-08-2020 | icon 2982
Azərbaycan-"BP" əməkdaşlığının perspektivləri müzakirə edilib

Avqustun 11-də Azərbaycanın baş naziri Əli Əsədov ilə "BP" qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, telefon danışığı əsnasında Azərbaycan ilə "BP" şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.