logo

Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb

09:56 11-08-2020 | icon 2667
Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 11-də Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.

Qeyd edək ki, bu, Ceyhun Bayramovun xarici işlər naziri kimi ölkə xaricinə ilk rəsmi səfəridir.

Səfər çərçivəsində Azərbaycanın xarici siyasət idarəsi başçısının Türkiyənin dövlət rəsmiləri ilə bir sıra görüşləri planlaşdırılıb. Görüşlərdə Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional məsələlərin müzakirəsi, həmçinin, qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.