logo

Tanınmış aparıcı "ARB TV"dən getdi

18:14 10-08-2020 | icon 2632
Tanınmış aparıcı "ARB TV"dən getdi

Aparıcı Murad Haşımov "ARB TV"dəki fəaliyyətinə son qoyub.

YeniAvropa xəbər verir ki, o, 7 ildir çalışdığı kanaldan getməsi barədə özü sosial şəbəkədə məlumat paylaşıb.

M.Haşımov bildirib ki, tezliklə yeni iş yeri barədə məlumat verəcək.

Qeyd edək ki, Murad uzun illərdir “Günə doğru” proqramında aparıcılıq edirdi. O, prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.