logo

İtkin düşən neftçinin axtarışlarına xilasedici-desant dəstəsi cəlb edilib

15:58 10-08-2020 | icon 2632
İtkin düşən neftçinin axtarışlarına xilasedici-desant dəstəsi cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin stasionar dəniz özülündə operator vəzifəsində işləyən 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun avqustun 9-da növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, nazirliyin Aviasiya dəstəsinin helikopterinin göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.