logo

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi artıq Bakıdadır

15:31 10-08-2020 | icon 4256
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi artıq Bakıdadır

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi avqustun 10-da Bakıya gəlib.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, 64 yaşlı italiyalı məşqçi avqustun 10-da “Əlincə Arena”da keçiriləcək “Sabah”-“Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

Canni De Byazi COVID-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.