logo

Azərbaycan klublarının UEFA Avropa Liqasındakı rəqibləri bəlli oldu

15:10 10-08-2020 | icon 4305
Azərbaycan klublarının UEFA Avropa Liqasındakı rəqibləri bəlli oldu

2020/2021-ci il mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

YeniAvropa xəbər verir ki, mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” Şimali Makedoniyanın “Şkupi”, “Sumqayıt” Şimali Makedoniyanın digər təmsilçisi “Şkendiya”, “Keşlə” isə Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.

Püşkatmaya əsasən təmsilçilərimiz oyunlarını öz meydanında keçirəcəklər.

COVID-19 pandemiyası ilə əlaqədar bir oyundan ibarət olacaq qarşılaşmalar avqustun 27-də keçiriləcək.