logo

Ceyhun Bayramov ilk xarici səfərini  Türkiyəyə edəcək

12:30 10-08-2020 | icon 2828
Ceyhun Bayramov ilk xarici səfərini  Türkiyəyə edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 11-də Türkiyəyə rəsmi səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki,bu,  C.Bayramovun xarici işlər naziri kimi ölkə xaricinə ilk səfəri olacaq.

Səfər zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional məsələlərin müzakirəsi, həmçinin, qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.