logo

Lukaşenko Bodruma qaçıb?-İDDİA

10:57 10-08-2020 | icon 4193
Lukaşenko Bodruma qaçıb?-İDDİA

Belarus prezidenti Aleksandr Lukoşenkonun təyyarəsi Türkiyənin Bodrum şəhərinin Milas hava limanında görümtülənib. 

 YeniAvropa xəbər verir ki, bu barədə Belarusun ən böyük Teleqram kanalı olan NEXTa məlumat yayıb. 

Xəbərdə bildirilib ki, dünən axşam saatlarında Lukaşenkonun EW-301PJ bort nömrəli təyyarəsinin Minski tərk edərək havaya qalxıb.  Təyyarənin  Ukrayna, Rumıniya və  Bolqarıstanın hava məkanından keçməklə Türkiyəyə  istiqamət götürdüyü qeyd olunub.

Hələlik Belarus rəsmiləri prezident Aleksandr Lukaşenkonun harada olması barədə hər hansı bir məlumat açıqlamayıb. O, sonuncu dəfə ictimaiyyət qarşısına dünən seçki məntəqəsində səsvermə zamanı çıxıb.

Axşam saatlarında isə paytaxta polis qüvvələri yeridilib, etiraz mitinqləri başlayıb. Ardınca isə Belarus mətbuatı prezidentin Minskdən getdiyinə dair məlumatlar yaymağa başlayıb.