logo

Salyanda 47 yaşlı kişi özünü asdı

19:56 08-08-2020 | icon 3255
Salyanda 47 yaşlı kişi özünü asdı

Salyan rayonunda intihar hadisəsi baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Çələbiyev Raqib Oruc oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.