logo

İranda daha 132 nəfər koronavirusdan ölüb

17:49 08-08-2020 | icon 2982
İranda daha 132 nəfər koronavirusdan ölüb

İranda yeni növ koronavirusa yoluxma və ölüm hallarının azalması müşahidə edilir. Son sutka ərzində 2125 nəfər virusa yoluxub, 132 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilib. Bununla da İranda yoluxanların ümumi sayı 324 min 692 nəfərə, ölənlərin sayı isə 18 min 264-ə çatıb.

Müalicəsi davam edən 4148 xəstənin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə İranda müalicə alan 282 min 122 nəfər sağalıb.

İranın Tehran, Qum, İsfahan, Yəzd, Kirman, Simnan, Gilan, Əlborz, Xorasan, Gülüstan vilayətləri hələ də qırmızı zonaya daxildirlər.