logo

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

17:20 08-08-2020 | icon 2702
İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Prezident İlham Əliyev avqustun 8-də Sinqapur Respublikasının prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:"Hörmətli xanım prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm".