logo

Şahbaz Muradov "Prezidentin fəxri diplomu” ilə təltif edilib

15:32 08-08-2020 | icon 2772
Şahbaz Muradov "Prezidentin fəxri diplomu” ilə təltif edilib

Prezident İlham Əliyev avqustun 8-də Şahbaz Muradovun təltif edilməsi haqqında sərəncamı imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: "Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahbaz Musa oğlu Muradov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".

Xatırladaq ki, Şahbaz Musa oğlu Muradov  10 avqust 1940-cı ildə Laçın rayonu­nda anadan olub. İxtisasca iqtisadçıdır. 2001-ci ildə AMEA-nın müxbir üz­vü seçilib. 2004-cü ildə  Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib, 2015-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.