logo

Zərdabda karantin qaydalarını pozub ad günü məclisi keçirdilər

15:08 08-08-2020 | icon 2751
Zərdabda karantin qaydalarını pozub ad günü məclisi keçirdilər

Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Bıçaqçı kəndi ərazisində yerləşən “Kəndimiz” adlı kafedə rayon sakini Hüseyn Rəhimovun xüsusi karantin rejimi qaydalarını pozaraq özü üçün ad günü mərasimi təşkil etdiyi müəyyənləşib.

Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı, o cümlədən kafenin sahibi Sənan Zayidli və həmin məclisdə iştirak edən daha 6 nəfər xüsusi karantin rejimi qaydalarını pozduqları üçün saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Xüsusi karantin rejimi qaydalarını pozan obyekt sahibi və məclisin iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar Zərdab rayon Məhkəməsinə göndərilib.