logo

Paytaxtda keçmiş məhkumdan 12 kq marixuana götürülüb

14:57 08-08-2020 | icon 2877
Paytaxtda keçmiş məhkumdan 12 kq marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 13 qramdan çox, evinə baxış zamanı isə əlavə 12 kiloqram 550 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.