logo

Gürcüstandan daha 352 soydaşımız təxliyə edilib

12:45 08-08-2020 | icon 2821
Gürcüstandan daha 352 soydaşımız təxliyə edilib

Azərbaycanın Gürcüstandakı Səfirliyi avqustun 8-də daha 352 azərbaycanlının ölkəmizə təxliyəsini həyata keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə Səfirliyin yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, təxliyə olunan azərbaycanlılar avqustun 7-də Tbilisidə koronavirus testindən keçiriliblər. Onların hamısının testinin cavabı neqativ olub.

Təxliyə olunanlar arasında 107 Azərbaycan, 233 Gürcüstan və 12 Rusiya vətəndaşı var.

COVID-19 arayışı alan insanlar səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıblar.

Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.

Sonra onlar karantində saxlanılacaqlar.