logo

Bir həftə sonra kafe və restoranlar açılacaq

11:41 08-08-2020 | icon 2268
Bir həftə sonra kafe və restoranlar açılacaq

17 avqust 2020-ci il tarixindən etibarən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bu fikri prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində səsləndirib.

O bildirib ki, ondan sonrakı həftədə isə rayonlararası gediş-gəlişin bərpası məsələsi hazırda müzakirə edilir.

"Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”, -deyə prezidentin köməkçisi vurğulayıb..