logo

Yaqut Qarayeva: "Pandemiyanın yeni dalğasına hazırlaşırıq"

11:30 08-08-2020 | icon 3290
Yaqut Qarayeva: "Pandemiyanın yeni dalğasına hazırlaşırıq"

"Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq. Hər şey bizim özümüzdən asılıdır. Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq".

 YeniAvropa xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 8-də keçirilən mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, qapalı yerlərdə qaydalara ciddi riayət etmək mütləqdir: "Bəzi qapalı məkanlar açılır. Çox sıxlıq olan yerlərə üz tutmayaq. Çalışaq eyni yerlərdə və istqiqamətlərdə toplaşmayaq. Bu, çox önəmlidir".