logo

Prezidentin köməkçisi:"Hələ ki, koronavirusa qalib gələn ölkə yoxdur"

11:10 08-08-2020 | icon 3178
Prezidentin köməkçisi:"Hələ ki, koronavirusa qalib gələn ölkə yoxdur"

“Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada virusla mübarizə davam etməsin. Azərbaycan da daxil olmaqla, hələ ki, heç bir ölkədə virusa qalib gəlməyib. Yəni, virus bizim aramızdadır. Biz sərtləşdirilmiş karantin rejimi və insanların məsuliyyətli davranışı nəticəsində yoluxma sayını aşağı sala bilmişik".

 YeniAvropa xəbər verir ki, bu fikri prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində səsləndirib. O , qeyd edib ki, əlbəttə, karantin rejimi hər birimiz üçün əziyyətlidir.

"Hər bir vətəndaşımız, hökumətimiz, sahibkarlarımız bundan əziyyət çəkirik. Lakin buna məcburuq. Birlikdə çalışıb əldə etdiyimiz nəticələri qorumalıyıq”,- deyə Şahmar Mövsümov vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, əgər virusun yayılma sürətini aşağı salsaq yumşaldılmış karantin rejimi mümkün qədər uzun olacaq :"Bu, da əlbəttə ki, ilk növbədə hər birimizdən asılıdır. Çünki ilk növbədə qaydalara əməl etsək, tibbi maska taxsaq, sosial məsafə saxlasaq virusun yayılma sürətini aşağı sala bilərik. Əgər bu olmasa, biz bu qaydalara riayət etməsək, yenidən alovlanma başlasa, yoluxma sayı artsa təbii ki, məcbur olaraq yenidən sərtləşdirilmiş rejimə gedəcəyik".