logo

Ceyhun Bayramov diplomatlarımızın  fəaliyyətini araşdırır

10:51 08-08-2020 | icon 3213
Ceyhun Bayramov diplomatlarımızın  fəaliyyətini araşdırır

"Cənab prezidentin tapşırığına uyğun olaraq, Xarici İşlər Nazirliyinin (XİN) həm aparatının, eyni zamanda xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizin işi, fəaliyyəti artıq təhlil olunur. Qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək”.

 YeniAvropa xəbər verir ki, bu fikri xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

Onun sözlərinə görə, XİN-in mərkəzi aparatı, onun struktur bölmələri və xarici diplomatik nümayəndəliklər arasında koordinasiya işi ciddi formada təhlil edilməlidir: "İşin həcmi və hədəflər düzgün müəyyən edilməlidir və cənab prezidentin müəyyən etdiyi əsas prioritet istiqamətlərə yönəlməlidir”.
 
Ceyhun Bayramov daha sonra qeyd edib ki, əsl peşəkar və vətənpərvər kadrların şəffaf, ədalətli seçim əsasında önə çəkilməsi XİN üçün prioritet məsələ olacaq.