Yol Polisi rayonlara getmək istəyənlərə xəbərdarlıq etdi
Son günlər şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edilməsi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan, lakin respublikanın müxtəlif rayonlarında daimi qeydiyyatda olan şəxslər məzuniyyətə çıxmalarını əsas gətirərək bu inzibati ərazilərdən çıxmağa çalışırlar.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.Qeyd edilib ki, DYP bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayona giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması ilə bağlı məhdudiyyətlər qüvvədə olduğu üçün qeydiyyat yerindən asılı olmayaraq həmin inzibati ərazilərdə yaşayan şəxslərin digər şəhər və rayonlara getmələrinə icazə verilmir.
"Bu səbəbdən hərəkət iştirakşılarından xahiş olunur ki, müvafiq ezamiyyə vərəqələri verilmiş və ya “icaze.e-gov.az” portalına barəsində 5 avqust 2020-ci il tarixindən sonra respublikanın digər şəhər və rayonlarına getməsi ilə əlaqədar icazə verilməsi barədə məlumatlar daxil edilmiş şəxslər, habelə müvafiq icazə əsasında yaxın qohumunun dəfnində iştirak etmək halları istisna olmaqla digər şəxslər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan çıxaraq ayrı-ayrı istiqamətlərə getmək məqsədilə yola çıxmasınlar. Çünki, bir daha qeyd edirik ki, qeydiyyat yerindən asılı olmayaraq heç kim sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu ərazidən respublikanın digər şəhər və rayonlara buraxılmayacaq və həmin şəxslər xüsusi karantin postlarından geri qaytarılacaqlar",-deyə DYP=nin yaydığı məlumatda vurğulanır..
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ