logo

Daha bir əxlaqsızlıq yuvası aşkarlandı

16:20 07-08-2020 | icon 2394
Daha bir əxlaqsızlıq yuvası aşkarlandı

Beyləqanda əxlaqsızlıq yuvası aşkar edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, rayonun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi otelin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Həmin oteli icarə əsasında işlədən V. Quliyev və orada olan 2 nəfər müştəri saxlanılaraq Beyləqan RPŞ-yə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.