logo

Sabah daha 200 soydaşımız Gürcüstandan təxliyyə ediləcək

14:31 07-08-2020 | icon 2359
Sabah daha 200 soydaşımız Gürcüstandan təxliyyə ediləcək

Azərbaycanın Gürcüstandakı səfirliyi xaricdə yaşayan vətəndaşlarımızın və ölkəmizdə daimi yaşamaq hüququ olan azərbaycanlıların növbəti təxliyəsini həyata keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyindən bildirilib. Qeyd edilib ki, avqustun 7-də təxliyəsi nəzərdə tutulan 200-dək vətəndaş Gürcüstanın klinikalarından birində koronavirusla əlaqədar testdən keçiblər.

COVID-19 aşkar olunmayan şəxslərə xüsusi arayış veriləcək və onlar avqustun 8-də səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Xatırladaq ki, pandemiya dövründə Gürcüstan vasitəsilə mindən çox azərbaycanlı vətənə çatdırılıb.