logo

Son sutkada İranda daha 156 nəfər koronavirusdan ölüb

14:09 07-08-2020 | icon 3290
Son sutkada İranda daha 156 nəfər koronavirusdan ölüb

İranda koronavirusa yoluxanlar arasında ölüm halları nisbətən azalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. O bildirib ki, son sutka ərzində İranda 2 min 450 nəfər koronavirusa yoluxub, 156 nəfər isə vəfat edib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 322 min 567 nəfərə, ölənlərin sayı isə 18 min 132-yə çatıb. Müalicəsi davam edən 4 min 136 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə olunan 279 min 724 nəfər isə sağalaraq evə buraxılıb.